Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Qaraqalpaqdakı vəziyyəti müzakirə edib
Tərəflər, səfər zamanı əldə edilən razılaşmaların icrası vəziyyətini, habelə bu istiqamətdə atılacaq növbəti addımları müzakirə ediblər.
Eyni zamanda, bir neçə gün öncə Özbəkistanın Qaraqalpaq Respublikası ərazisində iğtişaşlar törədərək ölkədə qeyri-sabitlik yaratmaq cəhdlərinə qarşı dövlət tərəfindən qanuni addımların atıldığı vurğulanıb və bu xüsusda Azərbaycanın qardaş Özbəkistan dövlətinə və xalqına dəstəyi ifadə edilib.
Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn hər hansı halların qəbuledilməz olduğu vurğulanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


