Avtoşluq edən əsgər qaçıb gizlənibmiş - Yenidən həbs edildi
Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir.
Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


