Kanadada hərbçilərə tatu və pirsinq etdirməyə icazə veriləcək

Kanadada hərbçilərə tatu və pirsinq etdirməyə icazə veriləcək
  07 İyul 2022    Oxunub:930
Kanadanın Müdafiə Nazirliyi hərbi qulluqçuların xarici görünüşü ilə bağlı nizamnaməyə dəyişiklik edəcək. Belə ki, bu ilin sentyabrından onlara istənilən saç düzümü, pirsinq və manikür etməyə icazə veriləcək.
Qeyd olunur ki, sentyabr ayından etibarən həm hərbi xidmətə çağırılanlar, həm də veteranlar istənilən uzunluqda saç saxlaya və onu istənilən rəngə boyaya bilərlər. Əsas tələb səliqəli görünüşdür. Həmçinin Kanada hərbçiləri üz tatuları edə biləcəklər, lakin irqçilik, cinsiyyətçilik, homofobiya və dini dözümsüzlüyü təbliğ etməməlidirlər.

Bundan əlavə, hərbçilərə uzun dırnaqlar, üzüklər, qulaq pirsinqləri, o cümlədən tunel sırğaları taxmağa icazə veriləcək. Həmçinin Kanada hərbçilərinə kürək çantalarını bir çiyinə - sol çiyinə taxmağa icazə veriləcək ki, sağ əllə salam vermək mümkün olsun. Eyni zamanda kişilərə ətək geyinmək icazəsi də veriləcək.


AzVision.az


Teqlər:



Xəbər lenti