İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana gedib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana gedib
  07 İyul 2022    Oxunub:1052
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani bu gün Ermənistana səfər edib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Şahmanini “Zvartnots” beynəlxalq hava limanında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qarşılayıb.

İran rəsmisinin səfər zamanı baş nazir Nikol Paşinyanla danışıqlar aparacağı, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə məsləhətləşmələr aparacağı planlaşdırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İran  



Xəbər lenti