"Ukrayna xəritədən silinə bilər" - ABŞ müdafiə nazirinin keçmiş müşaviri

   "Ukrayna xəritədən silinə bilər" -    ABŞ müdafiə nazirinin keçmiş müşaviri
  07 İyul 2022    Oxunub:1171
Hərbi əməliyyatlar davam edərsə, Ukrayna dünya xəritəsindən silinə bilər. AzVision.az xəbər verir ki, bunu "Sky News Australia" telekanalına açıqlamasında ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.
“Rusiya məhdud qələbə qazana bilər” – İrland tarixçi (Müsahibə)
- Artıq prinsipcə o (Ukrayna - red.) mövcud olmayan dövlətdir və dünya xəritəsindən tamamilə yox ola bilər. Düşünürəm ki, atəşkəs lazımdır, - Makqreqor telekanalın efirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi silahla təmin etmək əvəzinə, Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə töhfə verməlidir.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan etmişdi ki, Qərb Kiyevi “sonuncu ukraynalıya qədər vuruşmağa” təhrik etmək niyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Müharibə  



Xəbər lenti