Şəkidə "Şəhər günü" festivalı keçirilir - FOTOLAR +VIDEO

   Şəkidə "Şəhər günü" festivalı keçirilir -    FOTOLAR +VIDEO
  07 İyul 2022    Oxunub:1899
Bu gün Şəkidə "Şəhər günü" festivalı keçirilir.
AzVision.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin və Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Şəhər Günü"nün rəsmi açılışı B.Vahabzadə parkının qarşısında baş tutub. Mərasim hərbi orkestrin musiqili ifası və bir sıra nümayişlərlə müşayiət olunur.



Gün ərzində Qala daxilində yerli sənətkarların təqdim etdiyi məhsulların satış-yarmarkası keçiriləcək. Burada turistlər milli musiqi qruplarının ifasını, əyləncəli fləşmob və tamaşaları izləyə biləcəklər. Bayram çərçivəsində Şəki həm də kulinariya festivalına ev sahibliyi edəcək. Şəhər Günü Yuxarı Karvansaray ərazisində “Dervish band & Nara White” konserti ilə yekunlaşacaq.

Açılış mərasimində çıxış edən Şəki rayon icra başçısı Elxan Usubov bildirib ki, şəhər sakinlərinin bu günü bayram etməyə mənəvi haqqı var:



"Şəki Azərbaycan tarixinin mədəni irsini qoruyan saxlayan şəhərdir. Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib. Xalqımızın irsinin təbliğ olunmasına xüsusilə qayğı ilə yanaşan Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm".

İcra başçısı qeyd edib ki, bu gün eyni zamanda Şəki şəhərinin 2710 illiyi qeyd edilir.

Daha sonra çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib ki, Şəkinin unikal turizm dəyərləri var:



"Biz bu dəyərlərin inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçiririk. Qoruq ərazisində 58 abidə dövlət mühafizəsinə götürülüb. Hazırda Qala divarları içərisində abidələr bərpa olunur. Xan məscidi təmir olunub, növbəti illərdə insanların istifadəsinə veriləcək. Ümumdünya irs siyahısına nə qədər çox olar mədəni turizmin təbliğində məhsuldarlığa nail ola bilərik. Azərbaycanın unikal mədənin nümunələrinin YUNESKO-nun irs siyahısına salınması istiqamətində işlər davam etdirilir".

















Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti