Ceyhun Bayramov: "Sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir"

      Ceyhun Bayramov:    "Sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir"
  07 İyul 2022    Oxunub:962
“Azərbaycanla Ermənistan arasında münasibətlərin tarixini nəzərə alsaq, sərhədin delimitasiyasına nail olmaq heç də asan olmayacaq”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir.

“Delimitasiya komissiyasının növbəti iclasının tarixi hələ məlum deyil. Bir məqamı qeyd edim. Sərhəd Komissiyasının formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı”.


AzVision.az


Teqlər:



Xəbər lenti