Boris Conson istefa verdi - YENİLƏNİB

 Boris Conson istefa verdi -  YENİLƏNİB
  07 İyul 2022    Oxunub:2419
Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
AzVision.az xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib. O, Mühafizəkarlar Partiyasına yeni lider seçilənə kimi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.

***12:15***

Böyük Britaniyanın baş naziri Boris Conson yaxın saatlarda istefa vermək niyyətindədir. Bu barədə Britaniyanın İTV , Sky News kanalları və The Times qəzeti hökumət başçısının ətrafına istinadən məlumat yayıb. Qeyd olunub ki, B. Conson vəzifəsində qalmaqda davam edərsə, gələn həftə o, növbəti etimad səsverməsi ilə üzləşə bilər.

Böyük Britaniyanın Baş naziri Boris Conson yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 15:00) istefası barədə bəyanatla çıxış edə bilər. Ənənəvi olaraq, Böyük Britaniyanın baş naziri Londonun mərkəzindəki Downing Street küçəsində yerləşən iqamətgahı qarşısında çıxış edəcək.

Xatırladaq ki, dünən Conson kabinetinin bir qrup üzvü ona müraciət edərək yenidən etimadsızlıq votumunu gözləmədən könüllü istefa verməyə çağırmışdı. Baş nazir isə buna rədd cavabı vermişdi. Bu gün səhər Britaniya hökumətində yeni istefalar baş verib və son iki sutkada Baş nazirin komandasını tərk edən siyasətçilərin sayı 60-a yaxınlaşıb.

AzVision.az


Teqlər: Baş-nazir   Britaniya  



Xəbər lenti