“British Airways” 10 mindən çox aviareysi ləğv edir

“British Airways” 10 mindən çox aviareysi ləğv edir
  07 İyul 2022    Oxunub:773
Böyük Britaniyanın “British Airways” aviakompaniyası cari ilin avqustundan oktyabrın sonunadək daha 10 min 300 reysi təxirə salacaq.
AzVision.az "BBC"-yə istinadən xəbər verir ki, buna səbəb personal çatışmazlığıdır. Ləğv olunan aviareyslər “Heathrow”, “Gatwick” və “City” hava limanlarına təsir göstərəcək. “British Airways” aviakompaniyasının COVID sonrası bərpaya hazır olmaması aprel-oktyabr aylarında ümumilikdə 30 minə yaxın aviareysin ləğv olunması ilə nəticələnəcək.

AzVision.az


Teqlər: Təyyarə  



Xəbər lenti