Xersonda diversiya qrupu aşkarlanıb - VİDEO

   Xersonda diversiya qrupu aşkarlanıb -    VİDEO
  07 İyul 2022    Oxunub:1523
Rusiya Müdafiə Nazirliyi hazırda rusların nəzarətində olan Xerson vilayətinin hərbi-mülki administrasiyasına qarşı silsilə terror aktları hazırlayan təxribat qrupunun saxlanılması ilə bağlı video yayıb.
AzVision.az xəbər verir ki, yayılan videogörüntülərdə, o cümlədən pilotsuz uçuş aparatı ilə çəkilmiş kadrlarda hüquq-mühafizə orqanlarının əməkdaşları olan avtomobilin evə necə yaxınlaşması bu zaman digər təhlükəsizlik qüvvələrinin evi mühasirəyə alması əks olunub. Nəticədə şübhəlilər saxlanılıb. Saxlanılanlardan biri stulda hazırlanmış silah anbarını göstərir. Evdən şirə qutularındaa “qablaşdırılan” tapança, qumbaraatanlar, pulemyotlar, əldəqayırma partlayıcı qurğular aşkar edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti