Yaponiyanın keçmiş Baş naziri vəfat etdi
***
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin vəfat etməsi xəbəri təsdiqini tapmayıb.
Yaponiyanın hazırkı Baş naziri Kişida Fumio deyib ki, keçmiş Baş nazir Şinzo Abe vəziyyəti kritikdir, həkimlər onun xilası üçün əllərindən gələni edir: "Biz motivləri və detalları bilmirik və polisin araşdırmasını gözləməliyik. Qətiyyətlə vurğulayıram ki, belə barbar hücumlara dözüm göstərmək olmaz, biz hökumət olaraq əlimizdən gələni edəcəyik".
***
Yaponiyanın silahlı hücüma məruz qalan sabiq Baş naziri Sindzo Abe vəfat edib.
Ölkənin “Nihon” telekanalının xəbərinə görə, keçmiş hökumət başçısına atəş açan şəxs 41 yaşlı Tetsuya Yamaqamidir. O, əvvəllər Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.
Məlumata görə, T.Yamaqami S.Abeyə sui-qəsd etdikdən dərhal sonra saxlanılıb. Hazırda polis onu dindirir.
***
Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Sindzo Abeyə naməlum şəxs tərəfindən hücum edilib.
Bu barədə NHK agentliyi məlumat yayıb. Hadisə zamanı Ş.Abenin iyulun 10-da parlamentə keçiriləcək seçkilərlə bağlı seçicilər qarşısında çıxış etdiyi qeyd olunur. Sabiq Baş nazirin xəstəxanaya yerləşdiyi bildirilir.
Kyodo agentliyi Ş.Abeyə arxadan atəş açan şəxsin Yaponiya polisi tərəfindən saxlandığı və hazırda hadisənin təfərrüatlarının araşdırıldığı barədə məlumat yayıb. 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.
Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


