Nazirlər Kabinetinin önündə aksiya çağırışlarına rəsmi reaksiya

   Nazirlər Kabinetinin önündə aksiya çağırışlarına    rəsmi reaksiya
  08 İyul 2022    Oxunub:1039
Daxili İşlər Nazirliyi (DİN) iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindan AzVision.az -a bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir: "Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaqdır. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək".

AzVision.az



Teqlər: Aksiya  



Xəbər lenti