"Avropa Komissiyası Kiyevə 1,5 milyardlıq kreditin verilməsinə qadağa qoyub" - Bloomberg

 "Avropa Komissiyası Kiyevə 1,5 milyardlıq kreditin verilməsinə qadağa qoyub" -    Bloomberg
  08 İyul 2022    Oxunub:803
Avropa Komissiyasının (AK) büdcə orqanları Ukraynaya 1,5 milyard avro məbləğində yeni kreditin ayrılmasını təsdiqləməkdən imtina edir. AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Ukrayna Dünya Bankından 446,8 milyon avro kredit alıb
Qeyd olunur ki, kredit Avropa İnvestisiya Bankı vasitəsilə verilməli idi. Amma Avropa İttifaqından kənar kreditlər üçün zamin kimi çıxış edən Avropa Komissiyası Kiyevin pulu qaytara bilməyəcəyindən ehtiyat edir.

Agentliyin məlumatına görə, AK-nin büdcə orqanları kredit təminatının ümumi maliyyələşdirmənin 9%-dən 70%-ə qədər artırılmasında israrlıdır. Bu, çox güman ki, təxmin edilən əldə olunmayacaq itkilərin məbləğidir.

AK problemi həll etmək üçün kreditlərin qaytarılmaması risklərinin bir hissəsinin ayrı-ayrı Aİ ölkələrinə və Avropa İnvestisiya Bankına ötürülməsi variantlarını nəzərdən keçirir.

Xatırladaq ki, mayın 18-də AK Ukraynaya 2022-ci ildə 9 milyard avro məbləğində kredit proqramı təqdim etməyi təklif etdi. İyunun 21-də AK Kiyev üçün təcili makromaliyyə yardım proqramının hazır olmadığını, lakin yayın sonuna qədər tamamlana biləcəyini elan etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kredit  



Xəbər lenti