Hindistanda avtomobil çaya aşdı: 9 turist öldü

Hindistanda avtomobil çaya aşdı:    9 turist öldü
  08 İyul 2022    Oxunub:772
Hindistanın şimalındakı Uttarxand ştatında 9 turist avtomobilinin çaya aşması nəticəsində ölüb.
Bu barədə “IndiaTV” yerli polisə istinadən məlumat yayıb. Faciə Nainital əyalətində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, avtomobili güclü su axını Dhela çayına aparıb.

Polis bir qadının xilas edildiyini bildirib. Dörd nəfərin cəsədi çaydan çıxarılıb, beş ölü isə batmış avtomobilin içərisində qalıb. Hindistanın baş naziri Narendra Modi avtomobil qəzası ilə bağlı başsağlığı verib.

AzVision.az


Teqlər:



Xəbər lenti