Parlament hakimi işdən çıxardı

   Parlament hakimi işdən çıxardı
  08 İyul 2022    Oxunub:1573
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Deputat Nizami Səfərov bildirib ki, hakim E.Nağıyevanın fəaliyyətində ciddi nöqsanlar olduğuna görə onun səlahiyyətlərinə xitam verilməsi təklif edilir. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələyə baxılmışdı və məsələ qəbul edilərək, Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdu.

AzVision.az


Teqlər: Hakim  



Xəbər lenti