Filippin prezidenti koronavirusa yoluxdu

   Filippin prezidenti    koronavirusa yoluxdu
  08 İyul 2022    Oxunub:980
İyunun 30-da and içən Filippin prezidenti kiçik Ferdinand Markosun koronavirus testi müsbət çıxıb.
Bu barədə Prezident yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz-Anheles məlumat verib. “Prezidentin koronavirus antigeni üçün testi müsbət olub. Onun yüngül qızdırması var, amma bütövlükdə yaxşıdır. Onunla yaxın təmasda olan hər kəs məlumatlandırılıb”, - deyə, o əlavə edib.

Kruz-Anheles qeyd edib ki, prezident bu gün Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 246-cı ildönümü ilə bağlı tədbirin keçiriləcəyi Filippindəki ABŞ səfirliyinə getməyəcək.
Səhiyyə nazirinin müavini Maria Rosario Vergeyr bildirib ki, Filippin lideri yeddi günlük karantinin sonunda və simptomları azaldıqdan sonra görüşlər keçirəcək.

AzVision.az




Teqlər:



Xəbər lenti