Nazirlik koronavirusla bağlı vətəndaşlara çağırış etdi

   Nazirlik koronavirusla bağlı vətəndaşlara çağırış etdi
  08 İyul 2022    Oxunub:846
Səhiyyə Nazirliyi koronavirus pandemiyası ilə bağlı vətəndaşlara müraciət edib. Nazirlikdən AzVision.az -verilən məlumatda bildirilib ki, səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici doza ilə peyvəndləməyə çağırır.
"Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur", - məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Səhiyyə   Koronavirus  



Xəbər lenti