Müxalifət Consona qənim kəsildi: Etimad səsverməsi keçirəcək
Mütəxəssislərin vurğuladığı kimi, baş nazirin hətta tərəfdaşları arasında da populyarlığının kəskin şəkildə aşağı düşməsini nəzərə alsaq, müxalifətin təklifi Consonun keçid dövründə Dauninq-stritdə qala bilməməsi ilə nəticələnə bilər.
B. Conson Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın Baş naziri postlarından istefa verdiyini açıqlayıb. O, həmçinin mühafizəkarların yeni lideri seçilən kimi Baş nazir vəzifəsini icra edəcəyənini açıqlayıb. Yeni partiya sədrinin seçilməsi prosedurunun şərtləri gələn həftə təsdiqlənəcək. Bundan əvvəl bir neçə nazir daxil olmaqla, 60-a yaxın vəzifəli şəxs hökuməti tərk edib.
AzVision.az
Teqlər: