Deputatlar tətilə çıxdılar

   Deputatlar tətilə çıxdılar
  08 İyul 2022    Oxunub:1189
Milli Məclisin 2022-ci il üçün növbədənkənar sessiyası başa çatıb.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Bununla da deputatlar tətilə çıxıblar.

Qeyd edək ki, parlamentin payız sessiyasının sentyabrın 30-u keçirilir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

AzVision.az


Teqlər: Milli-Məclis  



Xəbər lenti