"Rusiya Luqanskın xarabalıqlarını işğal edib" - Zelenski

   "Rusiya Luqanskın xarabalıqlarını işğal edib" -    Zelenski
  08 İyul 2022    Oxunub:1636
Rusiya qoşunları Luqansk vilayətində xarabalıqları işğal edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın CNN telekanalına müsahibəsində deyib.
"Zelenski"ni Kadırovun otağına gətirdilər - VİDEO
- Deyə bilərəm ki, Luqansk vilayətinin əksəriyyətinə onlar nəzarət edirlər. Amma orada hər şey dağıdılıb. Düzünü desəm, mən belə ambisiyaları, onların nəyə nəzarət etdiklərini başa düşmürəm. Şəhərləri, məktəbləri məhv ediblər. Nəyi işağl ediblər axı? Onlar Luqansk əyalətinin xarabalıqlarının işğalçılarıdırlar, - Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Severodonetsk və Lisiçanskdan “qaynar qazan"a düşə bilərdilər deyə geri çəkilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Rusiya  



Xəbər lenti