ABŞ-dan Rusiyaya ixrac 97 faiz azalıb

ABŞ-dan Rusiyaya ixrac 97 faiz azalıb
  08 İyul 2022    Oxunub:1221
ABŞ-dan Rusiyaya mal ixracı aprel ayına nisbətən mayda 13 faizdən çox azalaraq 77,4 milyon dollar olub.
Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin dərc olunmuş hesabatında yer alıb. Rusiya mallarının ABŞ-a idxalı isə may ayında 1,1 milyard dollaradək azalıb və ölkələr arasında xarici ticarət əməliyyatlarında mənfi balans 1 milyard dollara çatıb. Ağ evin iyunun sonlarında yaydığı məlumata görə, son bir neçə ayda ABŞ-dan Rusiyaya ixrac, o cümlədən vacib texnologiyalar ixracı təxminən 97 faiz azalıb. Həmçinin Rusiyaya qlobal yarımkeçiricilər ixracında 90 faizə yaxın azalma qeydə alınıb.

AzVision.az


Teqlər: ABŞ  



Xəbər lenti