Bakı, Sumqayıt və Abşeronda pensiyalar verildi

Bakı, Sumqayıt və Abşeronda pensiyalar verildi
  08 İyul 2022    Oxunub:816
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın lll rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) də iyul ayının pensiyasının üzərinə əlavə olunub.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

AzVision.az



Teqlər: pensiya  



Xəbər lenti