Hindistan Qərbin maraqlarını Rusiyanınkından üstün tutmayacaq

   Hindistan Qərbin maraqlarını Rusiyanınkından üstün tutmayacaq
  08 İyul 2022    Oxunub:1217
ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı sanksiya çağırışlarına baxmayaraq, Hindistanın neft emalı zavodları daha çox Rusiya nefti alır. Hindistan hökuməti isə yerli neft şirkətlərinin ikinci dərəcəli sanksiyalara məruz qalacağı təqdirdə onları qorumağın yollarını araşdırır.
Hindistan Rusiyadan neft idxalını 50 dəfə artırıb
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilir ki, nəticədə Rusiyadan Hindistana neft tədarüklərinin həcmi kəskin şəkildə artıb. 2022-ci ilin may ayında Hindistan gün ərzində 819 min barel, apreldə isə cəmi 277 min barel neft idxal edib. Bir il əvvəl bu rəqəm 33 min barel idi.
Qeyd edək ki, Rusiya Hindistan üçün ikinci ən böyük neft tədarükçüsüdür. İraq isə bu siyahıda birinci yerdə qalır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Neft   Rusiya  



Xəbər lenti