Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

   Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək
  08 İyul 2022    Oxunub:1023
Finlandiya Prezidenti Sauli Niinistö Sərhəd Mühafizəsi Aktına düzəlişləri təsdiqləyib.
Qeyd olunub ki, ölkənin təhlükəsizliyinə müxtəlif təhdidlərə daha yaxşı hazırlaşmaq üçün sərhəd zonasında hasarlar kimi maneələrin tikintisi ilə bağlı müddəalar milli qanunvericiliyə əlavə olunacaq. Qanun iyulun 15-dən qüvvəyə minəcək.

Qanun Rusiya ilə sərhəddə 1300 km uzunluğunda sədd çəkməyə və fövqəladə hallarda onu bağlamağa icazə verəcək. Bu, Rusiyanın ölkənin gələcək NATO üzvlüyünə cavab olaraq hərəkətə keçə biləcəyi narahatlığı ilə bağlıdır. Qeyd edək ki, Finlandiyanın Rusiya ilə sərhədi meşəlik ərazidən keçir.

Xatırladaq ki, mayın ortalarında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. İyunun sonunda NATO-nun Madriddə keçirilən sammitində Finlandiya və İsveç rəsmi olaraq Alyansa dəvət olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti