Reyn çayında su azalıb: Almaniyada böhran daha da güclənir

   Reyn çayında su azalıb:    Almaniyada böhran daha da güclənir
  08 İyul 2022    Oxunub:2492
Almaniyanın əsas çayı olan Reyn çayının suyu 15 il ərzində rekord səviyyədə azalıb. Nəticədə çayla kömür tədarükü dayandırıla bilər.
Bu barədə “Bloomberg” kömür bazarı üzrə “Perret Associates” konsaltinq şirkətinin təsisçisi Vilhelm Perrenin məlumatına istinadən xəbər verir. “Suyun səviyyəsinin aşağı olması o deməkdir ki, barjalar termal kömürü tam yükləyə bilməyəcək. Bu, Almaniyanın kommunal xidmətləri üçün ikiqat çətinliyə səbəb ola bilər, çünki onlar artıq gəmi çatışmazlığı ilə üzləşirlər”, Perre bildirib.

Bu çayın zaman-zaman dayazlaşması naviqasiyanı məhdudlaşdırır. Bu səbəbdən daşınan yüklərin həcmini azaltmaq lazımdır. Məsələn, 2500 ton tutumlu barja yalnız 1600 ton yük daşıya bilir.

AzVision.az


Teqlər: Reyn   Kömür  



Xəbər lenti