“Starlink” su üzərində internet xidmətini işə saldı

“Starlink” su üzərində internet xidmətini işə saldı
  09 İyul 2022    Oxunub:1684
“SpaceX” şirkəti su nəqliyyatında təqdim edilən yeni “Starlink” peyk internet xidmətini işə salıb.
Yeni xidmət “Starlink Maritime” adlanır. Şirkət bu xidməti ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən təsdiqlədikdən bir neçə gün sonra elan edib.

Xidmət qayıq və yaxtaların sahibləri üçün nəzərdə tutulub. Ondan istifadə üçün 10 min dollara avadanlıq alınmalı və ayda 5 min dollarlıq abunə haqqı ödənilməlidir. Bu məbləğ qarşılığında su interneti saniyədə 350 meqabitədək sürət vəd edir.

AzVision.az


Teqlər: İnternet  





Xəbər lenti