"Türkiyə ilə münasibətlərin normallaşması siyasi iradə tələb edir" - Mirzoyan

   "Türkiyə ilə münasibətlərin normallaşması siyasi iradə tələb edir" -    Mirzoyan
  09 İyul 2022    Oxunub:1171
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması siyasi iradə və təsirli addımlar tələb edir. AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın "Kathimerini" nəşrinə müsahibəsində deyib.
- Bu prosesə müsbət dinamika vermək üçün Türkiyə xarici işlər nazirinin Antalyada keçirilən diplomatik forumda iştirak etmək dəvətini qəbul etdim. Forumun çərçivəsində onunla görüşdüm, - nazir qeyd edib.

Mirzoyan iddia edib guya İrəvan münasibətlərin normallaşamsı üçün üzərinə düşən vəzifələri yerinə yetirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti