İrəvanda 56 yaşlı almanın meyiti tapılıb

İrəvanda 56 yaşlı almanın meyiti tapılıb
  09 İyul 2022    Oxunub:973
Ermənistanda Almaniya vətəndaşının meyiti tapılıb. AzVision.az xəbər verir ki, bu barədə "Shamshyan" kriminal xəbər saytı məlumat yayıb.
Qeyd edilir ki, 56 yaşlı Almaniya vətəndaşı Tomas E.-nin meyiti İrəvandakı otellərdən birində aşkarlanıb.

"Polis şənbə günü saat 09:25 radələrində çağırışa gedən təcili yardımdan məlumat alıb ki, oteldə yaralı var. Lakin adamın artıq öldüyü üzə çıxıb", - məqalədə yazılıb. İlkin ehtimala görə meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb. Amma hər şeyin məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra bəlli olacağı bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti