"Bu təqdimatların Şuşada keçirilməsinin rəmzi mənası var" - Nazir

   "Bu təqdimatların Şuşada keçirilməsinin rəmzi mənası var" -    Nazir
  09 İyul 2022    Oxunub:1616
"Bu gün bu təqdimatların Şuşada keçirilməsinin rəmzi mənası var".
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququ bərpa edib: “Tarixi ədaləti bərpa etdik. Eyni zamanda hesab edirəm ki, sülh quruculuq prosesində qalib olmaqla bütün dünyaya fərqi nümayiş etdirəcəyik”.

AzVision.az



Teqlər:



Xəbər lenti