Ukraynanın döyüş itkiləri: 239 təyyarə,1503 PUA

   Ukraynanın döyüş itkiləri:    239 təyyarə,1503 PUA
  09 İyul 2022    Oxunub:1266
Rusiya müharibə başlayandan indiyə kimi Ukraynanın 1500-dən çox pilotsuz uçan aparatını (PUA) məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Rusiya MN müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi itkiləri də açıqlayıb.

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 239 təyyarə, 137 helikopter, 1503 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3994 tank və digər zirehli döyüş texnikası, 738 reaktiv yaylım atəşi raket sistemləri, 3117 səhra artilleriya qurğusu və minaatan, həmçinin 4099 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti