ABŞ Ukraynaya daha 368 milyon dollar humanitar yardım edəcək

 ABŞ Ukraynaya daha 368 milyon dollar humanitar yardım edəcək
  09 İyul 2022    Oxunub:1507
ABŞ Ukraynadakı insanlara və qaçqınlara dəstək məqsədilə Ukraynaya əlavə olaraq 368 milyon dollar humanitar yardım verəcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter səhifəsində yazıb.

“Bizim Ukrayna xalqı qarşısında öhdəliyimiz qətidir. Birləşmiş Ştatlar Ukraynadakı insanlara və Rusiyanın amansız müharibəsi zamanı təhlükəsizlik üçün ölkələrini tərk etmək məcburiyyətində qalan qaçqınlara dəstək olmaq üçün əlavə humanitar yardım şəklində təxminən 368 milyon dollar ayırır”, - o yazıb.

AzVision.az



Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti