Şri-Lanka rəsmilərinin Moskva səfəri təxirə salınıb

Şri-Lanka rəsmilərinin Moskva səfəri təxirə salınıb
  09 İyul 2022    Oxunub:1298
Şri-Lanka hökumətinin nümayəndə heyətinin iyulun 10-16-da Moskvaya planlaşdırılan səfəri ölkədəki vəziyyətlə əlaqədar təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə “TASS”a Şri-Lanka Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Daxili siyasi vəziyyəti nəzərə alaraq, Susil Premajayantha Rusiyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb”, - mənbə bildirib.

Qeyd edək ki, Şri-Lanknın paytaxtı Kolomboda keçirilən etirazlar fonunda Baş nazir Ranil Vikramasink istefa verib.

AzVision.az



Teqlər: Şri-Lanka   Moskva  



Xəbər lenti