Şri-Lanka prezidenti iyulun 13-də istefaya gedəcək

Şri-Lanka prezidenti iyulun 13-də istefaya gedəcək
  09 İyul 2022    Oxunub:1252
Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də dövlət başçısı vəzifəsini tərk edəcək
AzVision.az Şri-Lankanın mediasına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Mahinda Yapu Abeivarden bildirib.

Rajapaksa spikerə müvafiq qərarı barədə məlumat verib.

Bundan əvvəl "Reuters" məlumat yayıb k, ada dövlətinin prezidenti təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Şri-Lankada daha əvvəl baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar. Minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksanın iqamətgahına soxulublar. 30-dan çox insan yaralanıb. Etirazlar fonunda Vikramasinkh vəzifəsini tərk etməyə razılaşıb.

AzVision.az



Teqlər: Şri-Lanka   Prezident  



Xəbər lenti