Rusiya veto qoydu: 4 milyon insan ac qala bilər

 Rusiya veto qoydu: 4 milyon insan ac qala bilər
  09 İyul 2022    Oxunub:1523
Rusiya Cilvegözü Sərhəd Qapısından Suriyaya humanitar yardım aparılmasına veto qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sözügedən sərhəd məntəqəsindən keçidlə bağlı razılaşmanın müddəti 10 iyulda tamamlanacaq. Qapının açıq qalması üçün mexanizmlərin BMT Təhlükəsizlik Şurası tərəfindən yenidən təsdiq olunması zəruri idi. 15 ölkənin üzv olduğu Şurada qapının açıq qalmasına 13 dövlət səs verib. Çin bitərəf qalıb, Rusiya isə veto hüququndan istifadə edib. Rusiya yardımların daşına bilməsi üçün xüsusi şərt irəli sürüb. Kreml müddətin yalnız 6 ay uzadılmasını və yardımların ancaq Bəşər Əsədin nəzarətində olan bölgələrdə paylanmasında israr edir. Səsvermə 10 iyulda yenidən keçiriləcək. Əgər Rusiya vetosundan imtina etməzsə, Suriyada 4 milyon insan ac qala bilər.

AzVision.az



Teqlər: Rusiya   Suriya  



Xəbər lenti