Bu günün havası: 40 dərəcə isti

      Bu günün havası:    40 dərəcə isti
  10 İyul 2022    Oxunub:1049
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13°, gündüz 21-26° isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti