Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qalib gəldi - Video

   Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qalib gəldi -    Video
  10 İyul 2022    Oxunub:1027
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

AzVision.az xəbər verir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.
Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.



AzVision.az



Teqlər:



Xəbər lenti