Rusiya Donetskə raket atdı - 6 nəfər ölüb

   Rusiya Donetskə raket atdı -    6 nəfər ölüb
  10 İyul 2022    Oxunub:1354
Rusiya Ukraynanın Donetsk bölgəsinin Çasov Yar şəhərində yaşayış binasına raket zərbəsi endirib. Bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko Telegram səhifəsində məlumat verib.
"Xilasedicilər dağıntılar altında qalan evin iki sakini ilə əlaqə yarada biliblər. Artıq 6 nəfərin meyiti çıxardılıb, 5 nəfər yaralanıb. Yerli sakinlərin sözlərinə görə, orada 9 yaşlı uşaq da daxil olmaqla azı 34 nəfərin olduğu ehtimal edilir.Onların arasında 9 yaşlı uşaq da var".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti