20 yaşlı oğlan özünü asdı

   20 yaşlı oğlan özünü asdı
  10 İyul 2022    Oxunub:1084
Salyanda intihar hadisəsi baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Beştalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Səmədov Azil Ramil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti