Yaponiyada parlamentin yuxarı palatasına seçkilər keçirilir

Yaponiyada parlamentin yuxarı palatasına seçkilər keçirilir
  10 İyul 2022    Oxunub:1177
İyulun 10-da Yaponiya parlamentinin yuxarı palatasına seçkilər keçirilir .
AzVision.az xəbər verir ki, seçkilərdə səsvermə ölkənin bütün 47 prefekturasında yerli vaxtla saat 07:00-da başlayıb və 20:00-da yekunlaşacaq.

Qeyd edək ki, seçkilər sabiq Baş nazir Şinzo Abeyə sui-qəsddən cəmi iki gün sonra keçirilir. Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) ən böyük fraksiyalarından birinə başçılıq edən Ş.Abe iyulun 8-də küçə mitinqi zamanı aldığı iki güllə yarasından sonra dünyasını dəyişib. Bir sıra partiyalar, o cümlədən müxalifətdə olan qüvvələr seçkilərin tarixinin dəyişdirilməsini təklif etsələr də, Baş nazir Fumio Kişida demokratiyanın zorakılıq qarşısında geri çəkilməyəcəyini bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti