Moskva-İrəvan təyyarəsində dava düşüb

   Moskva-İrəvan təyyarəsində dava düşüb
  10 İyul 2022    Oxunub:1150
Moskva-İrəvan təyyarəsi dava səbəbindən Samarada məcburi eniş edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk deyib.

Polis uçuş zamanı təyyarədə dava salan şəxsi saxlayıb, onun barəsində nəqliyyatda davranış qaydalarını pozma, xırda xuliqanlıq və ictimai yerlərdə sərxoş vəziyyətdə görünmə ittihamı ilə protokol tərtib edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti