"Prezident cənubdakı əraziləri azad etməyi tapşırıb" - Reznikov

   "Prezident cənubdakı əraziləri azad etməyi tapşırıb" -    Reznikov
  11 İyul 2022    Oxunub:1147
Ukrayna Prezidenti Vladimir Zelenski hərbçilərə ölkənin cənubunu azad etmək üçün tapşırıq verib.
AzVision.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayana müdafiə naziri Aleksey Reznikov deyib.

Nazirin sözlərinə görə, prezident ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb.

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident komandanlıq qarşısında planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah tapşırıqlarını yerinə yetirmək üçün planlar hazırlayır”,- deyə Reznikov bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti