Demokratların Senatdakı lideri koronavirusa yoluxub

Demokratların Senatdakı lideri koronavirusa yoluxub
  11 İyul 2022    Oxunub:1293
ABŞ Senatının çoxluq lideri Çak Şumerdə koronavirus aşkarlanıb .
Bu barədə siyasətçinin mətbuat katibi Castin Qudmanın bəyanatında qeyd olunub. Bəyanatda bildirilib ki, senator daha əvvəl koronavirusa qarşı tam aşılanıb və buster dozası da qəbul edib.

Qeyd edək ki, Çak Şumer Nyu-York ştatından senator və Demokrat Partiyasının üzvüdür. 3 yanvar 2017-ci ildə Senatda azlıqların lideri olub. 2021-ci il yanvarın 20-dən Senatda çoxluğun lideridir.

AzVision.az


Teqlər:



Xəbər lenti