Gürcüstanda bu gün altı dəfə zəlzələ olub - YENİLƏNİB

 Gürcüstanda bu gün altı dəfə zəlzələ olub -  YENİLƏNİB
  11 İyul 2022    Oxunub:2041
İyulun 11-də Gürcüstanda 6 dəfə zəlzələ hadisəsi baş verib. Bbu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilir ki, sonuncu, altıncı zəlzələ hadisəsi saat 10:24 radələrində yenə də Sameba kəndi yaxınlığında qeydə alınıb.
Qeyd edək ki, bu gün ilk zəlzələ səhər saat 07:36-da, 4,8 bal gücündə olub.

***

Gürcüstanın Ninotsminda şəhəri bölgəsində 4,5 bal gücündə zəlzələ olub. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 11,95 km dərinlikdə olub. Məlumata görə, yeraltı təkan Bakı vaxtı ilə 07:36-da qeydə alınıb.

Növbəti yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub. Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.

Gürcüstanda üçüncü zəlzələ yerli vaxtla saat 9:10-da aş verib. 4,5 maqnitudalı növbəti zəlzələnin də episentri Sameba kəndi yaxınlığında qeydə alınıb.

AzVision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti