Gəndob-Yalama yolu açıldı

Gəndob-Yalama yolu açıldı
  11 İyul 2022    Oxunub:2348
Ötən gün Gəndob-Yalama avtomobil yolunun 12-ci km-də meşə zolağında yanğın baş verməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti istiqaməti müvəqqəti dəyişdirilib.
Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtdan Xaçmaz rayonu istiqamətində hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yolun 130-cu km-də məcburi olaraq Quba rayonu istiqamətinə yönləndirilib.

Polis əməkdaşlarının köməkliyi ilə nəqliyyat vasitələrinin alternativ yollarla Quba rayonundan Xaçmaz rayonuna, eləcə də paytaxt istiqamətində rahat və təhlükəsiz hərəkəti təmin edilib. Hazırda qeyd edilən ərazidə yanğının qarşısı alınıb və nəqliyyatın hərəkəti tam bərpa edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti