Portuqaliyada güclü meşə yanğınları: 30-a yaxın adam yaralandı
Yanğının söndürülməsinə 3000-dən çox yanğınsöndürən və 60 ədəd hava texnikası cəlb olunub. Bazar günü Avropa İttifaqı digər üzv dövlətlərin portuqaliyalı həmkarlarına dəstək göndərə bilmələri üçün xüsusi yardım proqramını aktivləşdirib.
Fəlakət səbəbindən və hava proqnozları yanğınlarla bağlı vəziyyətin pisləşdiyini göstərdiyi üçün Baş nazir Antoniu Koşta Afrikaya səfərini təxirə salıb, ölkə prezidenti isə ABŞ-a səfərini ləğv edib.
Ölkə son günlər davam edən “isti dalğası”ndan əziyyət çəkir. Çərşənbə axşamı bəzi yerlərdə 43 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.
AzVision.az
Teqlər: Portuqaliya







Vaxtında, Aydın, Lazımlı!


