Yaponiyanın hakim partiyası parlament seçkilərində qələbə qazandı

Yaponiyanın hakim partiyası parlament seçkilərində qələbə qazandı
  11 İyul 2022    Oxunub:1281
Yaponiyanın hakim koalisiyası parlamentin yuxarı palatasına iyulun 10-da keçirilən seçkilərdə inamlı qələbə qazanıb.
Fumio Kişidanın rəhbərlik etdiyi Liberal Demokratik Partiya (LDP) koalisiya tərəfdaşı “Komey-to” Partiyası olmadan belə yerlərin yarıdan çoxunu – 63 yer qazanıb.
Göstərilən yüksək etimada görə seçicilərə minnətdarlığını bildirən F.Kişida ölkə qarşısında duran problemlərin həlli üçün var gücləri ilə çalışacaqlarını, ölkə iqtisadiyyatını bərpa edəcəklərini vəd edib.

Ölkənin əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar Partiyası (KDP) yeni lider İzumi Kentanın rəhbərliyi ilə yuxarı palatada bir neçə yer itirərək cəmi 17 mandat qazana bilib. Seçkilərin nəticələrini şərh edən İ.Kenta bildirib ki, KDP-nin reytinqinin hələ də aşağı olması, onlardan öz üzərlərində çalışmağı və xalqın dəstəyini bərpa etməyi tələb edir.

Xatırladaq ki, “Yaponiyanın Yeniləşməsi Cəmiyyəti” və Xalq Demokratik Partiyası Konstitusiyaya dəyişiklikləri dəstəkləyir. Bu qüvvələrin hamısı birlikdə yuxarı palatada üçdə ikidən çox yerə sahib olublar.

AzVision.az


Teqlər: Yaponiya  



Xəbər lenti