Ərdoğan Putinlə taxıl ixracını müzakirə edib
AzVision.az Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini vurğulayan Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planı ilə bağlı hərəkətə keçməyin vaxtının çatdığını bildirib.
Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı və ədalətli sülhlə, danışıqlar yolu ilə sona çatması lazım olduğunu təkrarlayan prezident Ərdoğan Türkiyə olaraq danışıqlar prosesinin canlandırılmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


