Noyabrda dünya əhalisinin sayı 8 milyarda çatacaq - BMT

   Noyabrda dünya əhalisinin sayı 8 milyarda çatacaq -    BMT
  11 İyul 2022    Oxunub:2254
Bu ilin noyabr ayına qədər dünya əhalisinin sayı 8 milyarda çatacaq.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Təşkilatın məlumatına görə, dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım tempi aşağı düşüb. Belə ki, 2050-ci ilə qədər Yer kürəsinin sakinlərinin sayı 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacaq.

Eyni zamanda, 2050-ci ilə qədər dünya əhalisinin artımının yarıdan çoxu cəmi 8 ölkədə, o cümlədən Konqo, Misir, Efiopiya, Hindistan və Nigeriyada cəmləşəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti