Yanğınlar Portuqaliyada

   Yanğınlar Portuqaliyada
  11 İyul 2022    Oxunub:2119
Son dörd gündə Portuqaliya artıq 2.500 hektar ərazini bürümüş yanğınlarla mübarizə aparır.
Yaxın günlər üçün proqnozlaşdırılan hava şəraiti - güclü külək və yüksək temperatur səbəbindən yanğınlar daha da güclənə bilər. Qarşıdakı günlərdə ölkənin bəzi rayonlarında temperaturun 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Havaların quraqlıq keçməsinə görə vəziyyət daha da gərginləşir.

Portuqaliya Dəniz və Atmosfer İnstitutu bazar ertəsi 18 dairədən 8-ində yüksək temperaturlar haqqında narıncı xəbərdarlıq elan edib. Çərşənbə axşamı vəziyyətin pisləşməsi gözlənilir. Həmin gün ölkənin bütün ərazisi narıncı xəbərdarlıq vəziyyətində olacaq.

Son günlərdə vəziyyətin pisləşməsi səbəbindən, baş nazir Antoniu Koşta və Respublikanın Prezidenti Marselu Rebelu di Soza Mozambikə və Nyu-Yorka rəsmi səfərlərini təxirə salıblar. 2017-ci ilin iyununda güclü meşə yanğınları nəticəsində Portuqaliyada 66 insan həlak olub.

AzVision.az



Teqlər:



Xəbər lenti