Amerikada kişi əlil qonşusunu oxla oldürdü

Amerikada kişi əlil qonşusunu oxla oldürdü
  11 İyul 2022    Oxunub:2199
ABŞ-da 33 yaşlı şəxs 86 yaşlı qonşusunu öldürməkdə şübhəli bilinərək həbs edilib.
Bu barədə True Crime Daily portalı məlumat yayıb. Hadisə Havay ştatında, 2022-ci il iyunun 29-da səhər saatlarında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları evlərdən birinin eyvanında əlil arabasında qanlar içində olan kişini aşkar ediblər. Onun boynunda dərin kəsik aşkar edilib və həkim müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Üç gün sonra polis həmin şəxsin qonşusunu saxlayıb. Axtarış zamanı, polisin məlumatına görə, qətl silahı olan yay və oxlar tapılıb. Şübhəli həbs edilib.


AzVision.az


Teqlər: Ox  



Xəbər lenti